Həyatın əsas sərvətlərindən biri olan su hər bir insan üçün həyati əhəmiyyət kəsb edir. Eyni şey bizim balaca körpələrimizə də aiddir. Körpələrin su ilə münasibəti böyüklərdən olduqca fərqlidir. Məsələn, ana südü ilə qidalanmanın ilk 6 ayında körpələrə heç vaxt su verilmir. Ancaq əlavə qidalara keçdikdən sonra su verilməyə başlanır. Normal şəraitdə 6 aydan əvvəl ana südü ilə qidalanan körpənin ehtiyacları ana südünün tərkibindəki su ilə qarşılanır.
Suinfo.az mövzu ilə bağlı araşdırmanı təqdim edir.
Bəzi ekspertlər bildirir ki, su təmizlik baxımından qaynadılsa da, yoluxma riski yaradır. Bundan əlavə, körpə su içərsə, mədəsində yer tutur və aclıq ehtiyacı su ilə təmin edilir. Buna görə də ana südünün qəbulu azalır. İlk aylarda körpənin qida rasionuna su daxil edilməməlidir. Bunun səbəbi ana südünün 80%-dən çoxunun sudan ibarət olmasıdır. Körpələr 6-cı aya qədər su ehtiyaclarını yalnız ana südü ilə asanlıqla ödəyə bilirlər.
“Niyə ilk 6 ay körpəyə su verilməməlidir?” sualının başqa bir cavabı isə ana südündə olan vitamin və minerallarla bağlıdır. Körpələrə ilk 6 ayda verdiyiniz su mədəsinin dolmasına səbəb ola bilər. Beləliklə, körpələr daha az ana südü istehlak edə bilər və ehtiyacdan daha az vitamin və mineral daxil olmaq ehtimalı var. Bu, körpəyə su vermənin pis qidalanma, çəki itkisi və zəifləmiş immunitet sistemi kimi zərərli təsirlərinə səbəb ola bilər.
Körpələrə 6-12 ay arasında ana südünə əlavə olaraq gündə təxminən 100-120 ml, 1-3 yaş arasında isə 1 litr su verilməlidir. Lakin bu tövsiyə ümumi xarakter daşıyır və gündəlik su istehlakının miqdarı boy, çəki, yaş və iqlim şəraiti kimi bir çox meyarlara görə təyin edildiyini qeyd etməkdə fayda var. Körpənin və uşağın susuzluğunun qarşısını almaq üçün gündəlik istehlak edilməli olan su yeməkdən sonra verilə bilər. Beləliklə, "Körpələrə yeməkdən əvvəl, yoxsa sonra su verilməlidir?" Sualın cavabı yeməkdən sonradır. Çünki yeməkdən əvvəl verilən su körpənin mədəsini dolduraraq onun daha az qida qəbul etməsinə səbəb ola bilər.
Körpə su içmək istəmirsə, suyun özündən əlavə, su ehtiyacının bir hissəsi qida və digər içkilər istehlak etməklə ödənilə bilər. Körpə az su içirsə və ya su içmək istəmirsə, bunun səbəbi yüksək sulu qidalarla qidalanması və ya hələ də ana südü içməsi ola bilər. Ancaq belə hallar olmazsa və körpə su içmək istəmirsə, evdə hazırlanan meyvə şirələrinin su miqdarını daha yüksək tutaraq onu sulu qidaları istehlak etməyə təşviq edə bilər. Bundan əlavə, əyləncəli su qabları da onu su içməyə təşviq edə bilər.
Ana südü ilə qidalanma ishal kimi xəstəliklərə qarşı böyük qorunma təmin etsə də, suyun çirklənməsi ishal olma ehtimalını artıra bilər. Bu səbəbdən təmizliyinə əmin olmayan suyu qaynatmaq məsləhətdir.
Rahib Ələsgərov