Vətəndaş evinə necə su çəkdirməlidir? - Rəsmi cavab

Vətəndaş evinə necə su çəkdirməlidir? - Rəsmi cavab

Faydalı

29 Yanvar 2024, 14:33

“Əhali abonentlərinin qanuni şəkildə su çəkdirmək üçün 2 yolu var”

 

Bunu Suinfo.az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

 

“Birinci yol odur ki, əgər həmin ərazidə mərkəzləşmiş içməli su şəbəkəsi qurulubsa, ASAN Kommunal mərkəzlərinə texniki şərti üçün müraciət edilərək, texniki şərt əldə edilir. Texniki şərtə uyğun olaraq, həmin vətəndaşın mənizli üçün şəbəkədən birləşmə verilir. Vətəndaş su ilə təmin olunur, sayğac quraşdırılır və kod açılır.

İkinci halda isə həmin ərazidə su xətləri, ümumiyyətlə mərkəzləşmiş şəbəkə yoxdursa, dövlət investisiyaları  hesabına həmin ərazidə su layihəsi icra olunduqda texniki şərt tələb olunmadan vətəndaş su ilə təmin edilir.

Belə ki, mərkəzləşdirilmiş su xətləri, əsas daşıyıcı şəbəkə xətləri çəkilir və hər bir evə çıxış verilir.  

Qeyd edək ki, oktyabrın 1-dən “Su təchizatı və tullantı suları haqqında” qanuna edilən dəyişikliyə əsasən  yalnız qanunvericiliyin tələblərinə uyğun tikilmiş evlərin sahibləri kommunal xidmətlərdən, o cümlədən sudan istifadə edə bilər. Əgər vətəndaşın ev tikdiyi ərazidə mərkəzləşdirilmiş şəbəkə olsa belə, onun tikintiyə icazəsi və ya evinin çıxarışı yoxdursa, həmin şəxsin texniki şərtlə bağlı müraciəti mənfi cavablandırılacaq".

 

A.Cəbrayıllı onu da vurğuladı ki, texniki şərt almadan şəbəkəyə özbaşına qoşulma isə istənilən halda qanunsuz qoşulma sayılır. 


Qurum rəsmisi bildirib ki, bu gün kimsə özbaşına ev tikirsə, həmin ərazidə mərkəzləşmiş şəbəkə belə olsa, evin sənədləri qaydasında deyilsə, tikintiyə razılıq almayıbsa, gecəqondu kimi tikibsə, həmin ünvana texniki şərtlərin verilməsindən imtina olunur.

 

Mail AĞAXANOV

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et