MİS proqramında müraciətlərin sayı ayları üzrə dəyişir - Hikmət Qəhrəmanov

MİS proqramında müraciətlərin sayı ayları üzrə dəyişir - Hikmət Qəhrəmanov

Müsahibə

12 Avqust 2024, 12:10

Bütün müraciətlər ünvanından aslı olmayaraq Müştər İnformasiya Sistemləri (MİS) proqramında qeydiyyata alınır. Rastalşdığımız hallarla bağlı 51 kod mövcuddur. 

 

Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Hikmət Qəhrəmanov söyləyib.

 

"Məsələn, əgər abonent ərizəsində həmin o halı ifadə edəcəkdisə, artıq bunların hər biri avtomatlaşdırılmış kodlarla təsnifatlaşdırılıb.Nəzarətci oxuma əsasında bu kimi hallarla rastlaşıb, o kodlardan birini istifadə etdikdə, sistem onu emal edərək müvafiq iş əmrinə çevirir və aidiyyatı qurumlara yönləndirir. Bundan sonra isə həmin əmrlərin icrası təmin edilir və nəticəsi barədə də sistemdə qeydiyyat aparılır. Müraciətlərin sayları aylar üzrə dəyişir. Məsələn, yay mövsümündə su təchizatındakı rejimlərlə, yağıntılı dövrlərdə kanalizasiya sistemlərində baş vermiş qəzalarla bağlı ola bilər", - deyə o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et