MİS proqramında satış-ödəniş və borc məlumatları real vaxt rejimində bazada yenilənir - Hikmət Qəhrəmanov

MİS proqramında satış-ödəniş və borc məlumatları real vaxt rejimində bazada yenilənir - Hikmət Qəhrəmanov

Müsahibə

9 Avqust 2024, 11:22

İlk olaraq Müştər İnformasiya Sistemləri (MİS) proqramları haqqında məlumat vermək istəyirəm. Bu proqramın ilk dəfə tətbiqinə 2014-cü ilin oktybr ayında Yasamal Sukanal idarəsində başlanılıb. Ötən müddət ərzində idarələrimiz mərhələli şəkildə əhali və qeyri-əhali abonent bazaları üzrə MİS proqramına inteqrasiyası başa çatdırılıb və fəaliyyətləri təşkil edilib. 

 

Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Hikmət Qəhrəmanov söyləyib.

 

"Sistemin tətbiqində məqsəd müxtəlif istiqamətlər üzrə istehlakçılardan daxil olan müraciətlərin real vaxt rejimində qeydiyyata alınması, abonent məmnuniyyətinin təmin olunması, görülən işlərin avtomatlaşdırılaraq icra proseslərinin bütün mərhələlərinə nəzarət edilməsi, hesabatlılığın olması, satış-ödənis məlumatlarının anında bazada qeyd edilməsi, icra prosesində iştirak edən struktur vahidlərinin və şöbələrin aktivliyinin təmin olunmasıdır"

 

"Hazırda bu proqramın yaratdığı imkan sayəsində bütün istehlakçıların sayğac göstəriciləri onlayn rejimində oxunaraq həmin an faktura təqdim edilir. Satış-ödəniş və borc məlumatları real vaxt rejimində bazada yenilənir. Oxuma əsasında aşkar edilən müxtəlif hallar, yəni sayğacdakı nasazlıqlar, qeydiyyatda olmayan sayğaclar, sayğacda olan plomba müdaxilə halları və faktiki vəziyyət ilə abonentin bazada olan məlumatları arasında olan uyğunsuzluqlar barədə əl terminalından daxil olan informasiyaların sistem tərəfindən emal olunaraq aidiyyatı sahələr üzrə nəzarət-icra-iş əmrlərinə çevrilir", - deyə o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et