Artıq növbəti hədəfimiz Xankəndi, Xocalı və Əsgərandır. Bu üç şəhər üçün 25 min kubmetrlik təmizləyici qurğu inşa ediləcək.
Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin müdriyyəti publik hüquqi şəxsinin idarə heyəyinin sədr müavinin Ceyhun Məmmədov söyləyib.
"Şuşada mənbə yaradılıb, magistral su kəmərləri yenilənib və iki ədəd 1000 kubmetrlik su anbarı inşa olunub. Bu gün Şuşa şəhəri su təchizatı ilə tam təmin olunur. Bildiyimiz kimi düşmənin ən böyük zərərlərindən biri çirkab suların çaylara axıdılması idi. İşğal dövründə separatçılar Şuşada yerləşmişdilər, ancaq o dövrdə bir dənə də olsun sutəmizləyici qurğu inşa etməyiblər. Xankəndi şəhərində də vəziyyət eyni idi. Bunların hər hər biri bilərəkdən edilib. Biz ona görə də Şuşada tullantı təmizləyici qurğunun tikintisinə start vermişik. Orada sular bioloji olaraq tam təmizlənib Qarqarçaya axıdılacaq. Artıq növbəti hədəfimiz Xankəndi, Xocalı və Əsgərandır. Bu üç şəhər üçün 25 min kubmetrlik sutəmizləyici qurğu inşa ediləcək", - deyə sədr müavini bildirib.