Suyun zərərsizləşdirmə metodikaları çox fərqlidir. Bunun ən başında gələn isə qaz xlor vasitəsilə xüsusi avadanlıqlardan istifadə edərək suyu zərərli inqridentlərdən təmizləyirik.
Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatları Xidmətinin şöbə müdiri Cəmil Babayev söyləyib.
"Digər metodlardan biri ultra bənövşəyi şualanma vasitəsilə zərərsizləşdirmədir. Bizdə bu üsul geniş tətbiq olunmasa da, kiçik su təchizatı sistemlərində bu metoddan istifadə olunur. Lakin, mən deyərdim ki, içməli suyun təhlükəsizliyin şəbəkədə, su anbarlarında, sututarlarda təmin edən, alternativi olmayan metodlardan biri xlor ilə zərərsizləşdirmədir. Dünyada da əksər ölkələr məhz bu üsuldan istifadə edi
r".