Bakı və Abşeronun su təchizatı hansı mənbələrlə ödənilir? - Açıqlama

Bakı və Abşeronun su təchizatı hansı mənbələrlə ödənilir? - Açıqlama

Müsahibə

22 İyul 2024, 15:53

Ən böyük su mənbəyimizdən biri də Ceyranbatan su anbarıdır. Oradan alınan su iki texnologiya üzrə emal olunur. Su anbarından gələn su qum süzgəcləri sutəmizləyici qurğuları vasitəsi ilə həm də dünyada analoqu olmayan ultra süzgəcli qurğulardan keçərək, təmizlənir.

 

Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatları Xidmətinin şöbə müdiri Cəmil Babayev söyləyib.

 

"Bütün xidmət sahələrində vətəndaşların tələbatlarını ödəmək üçün həm yeraltı, həm də yerüstü su sahələrindən istifadə olunur. Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı Oğuz-Qəbələ-Bakı su kəməri, yəni mənbə olaraq 88 dənə subartezian, artezian, özüaxınlı və nasos vasitəsilə əldə edildən su quyularından təmin olunur. Ən böyük su mənbəyimizdən biri də Ceyranbatan su anbarıdır. Oradan alınan su iki texnologiya üzrə emal olunur. Su anbarından gələn su qum süzgəcləri sutəmizləyici qurğuları vasitəsi ilə həm də dünyada analoqu olmayan ultra süzgəcli qurğulardan keçərək, təmizlənir. Eyni zaman onu da qeyd edim ki, şimal zonasından "Bakı 1", "Bakı 2" kəmərləri, yəni Şollar və Xaçmaz su mənbəyləri də kaputaj tipli yeraltı su mənbəyləri kimi qeyd olunur. Su buradan əldə olunaraq Bakıya göndərilir",- deyə şöbə müdiri əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et