Su şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalarla keçmiş qaydalar arasında fərq nədir? - Açıqlama

Su şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalarla keçmiş qaydalar arasında fərq nədir? - Açıqlama

11 İyul 2024, 19:12

Köhnə qaydalarda elektronlaşma inkişaf etməmişdi və 13 prosedur idi. İndi isə bu prosedurlar üçə endirilib.

 

Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sektor müdiri Natiq Quliyev söyləyib.

 

Köhnə qaydalarda elektronlaşma inkişaf etməmişdi və 13 prosedur idi. İndi isə bu prosedurlar üçə endirilib. Əvvəl günlərlə bağlı müddət axını çox idi. Halhazırda şəbəkəyə qoşulma 30 gün ərzində təmin olunur. Bu 30 gün müddəti isə yalnız işgünü deyil, təqvim olaraq qeydə alınır. Yəni şənbə, bazar və bayram günləri şamil olmaqla bu müddət ərzindən istidafəçilər müraciət etdiyi gündən 30-cu gündən qoşulması təqdim olunmalı və qeydə alınmalıdır.

 

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et