Yeni qaydalar sahibkarlara göstərilən xidmətin təkmilləşdirilməsi məqsədilə yaranıb - Sektor müdiri

Yeni qaydalar sahibkarlara göstərilən xidmətin təkmilləşdirilməsi məqsədilə yaranıb - Sektor müdiri

Müsahibə

11 İyul 2024, 16:45

Yeni qaydalar Dünya Bankının layihəsindən irəli gələn tələblərdən öz əksini tapıb. Bu, təkcə su şəbəkəsinə qoşulma ilə bağlı deyil. Ölkə ərazisində olan sahibkarlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi məqsədi ilə yaranıb.

 

Suinfo.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sektor müdiri Natiq Quliyev söyləyib.

 

"Yeni qaydalar Dünya Bankının layihəsidir. Bu, təkcə su şəbəkəsinə qoşulma ilə bağlı deyil. Ölkə ərazisində olan sahibkarlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi məqsədi ilə yaranıb. Bu işlərlə bağlı da yol xəritəsi təqdim olunub. Bu yol xəritəsinin bəndlərindən biri də elektronlaşmanın təmin olunması, qaydaların hazırlanmasıdır. Proseslərin demək olar ki, əksəriyyətin keçmişik. Qoşulma qaydaları 20 iyun tarixində təsdiqlənib. Sadəcə məsələ ondan ibarətdir ki, qoşulma şəbəkələrinə görə ödənişin tarif şurası tərəfindən təsdiq olunmasıdır",- deye o bildirib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et