Bu il su anbarlarımızda 2023-cü ilə nisbətən 3,5 milyard kubmetr artıq su toplanıb.
Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Qulu Kərimov söyləyib.
O bildirib ki, əsas su anbarlarında toplanan suyun həcmi 22 milyard kubmetr su mövcuddur.
"Demək olar ki, bütün su anbarlarımız tam dolu vəziyyətdədir. Su anbarlarımızda su həcminin kifayət qədər olması o demək deyil ki, onu istədiyimiz kimi istifadə edə bilərik. Anbarların rejiminə uyğun olaraq onlardan məqsədəuyğun şəkildə istifadə olunur",- deyə o əlava edib
.