Yaxın gələcəkdə bizi su ilə bağlı ciddi imtahan gözləyir - Əhməd Məmmədov

Yaxın gələcəkdə bizi su ilə bağlı ciddi imtahan gözləyir - Əhməd Məmmədov

Müsahibə

3 İyul 2024, 13:22

Yaxın gələcəkdə bizi su ilə bağlı ciddi imtahan gözləyir.

 

Bunu Suinfo.az-a açıqlamasında əməkdar mühəndis, "Hidroloq"şirkətinin rəhbəri Əhməd Məmmədov söyləyib.

 

"Azərbaycan respublikası su ethiyatları ilə çox da zəngin olmayan bir ölkədir. Bizim üçün əsas su mənbəyi Kür və Araz çaylarıdı. Onların da aşağı axınında yerləşirik. Yəni Kür-Araz ovalığında yerləşən bütün şəhər və kəndlərimiz bu çaylardan istifadə etmək məcburiyyətindədir. Onu deyə bilərəm ki, yaxın gələcəkdə bizi su ilə bağlı ciddi imtahan gözləyir. Dünya iqlimşünaslarının 2050-ci ilə qədər belə bir xəritəsi var ki, bizim region qırmızı olaraq göstərilib. Bunun özü belə vəziyyətin nə qədər ciddi olduğunu göstərir",- deyə o əlavə edib.
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et