Son 4 ildə Azərbaycanın su ehtiyatları 6,4 milyard kubmetr artıb - Riad Axundzadə

Son 4 ildə Azərbaycanın su ehtiyatları 6,4 milyard kubmetr artıb - Riad Axundzadə

Müsahibə

28 İyun 2024, 11:25

2020-ci ilə nisbətən ölkənin su ehtiyatları 6,4 milyard kubmetr artıb. 

 

Suinfo.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin şöbə rəisi Riad Axundzadə söyləyib.

 

O bildirib ki, 2024-cü ildə ötən ilə nisbətən 3,7 milyard kubmetr artıq su toplanıb.

 

"Bu rəqəmlər ölkədə həyata keçirilən infrastruktur layihələrinin və sudan səmərəli istifadə edilməsi yönündə aparılan maarifləndirmə işlərinin nəticəsidir. Azərbaycanda 2020-ci ildə su anbarlarında toplanmış suyun həcmi 10,849, 2021-ci ildə 12,411, 2022-ci ildə 13,198, 2023-cü ildə 13,384, 2024-cü ildə isə 17,272 milyard kubmetr olub", - deyə Riyad Axundzadə əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et