Zəngilan şəhərinin mövcud su təchizatı sistemi bərpa olunur. Funksionallığı təmin olunmuş dövlət qurumları və özəl şirkətlərin hər biri 24 saat su ilə təmin olunur.
Bunu Suinfo.az-a açıqlamasında Qarabağ Regional Sukanal İdarəsinin rəisi Müşfiq Adıgözəlov söyləyib.
"Zəngilan şəhərinin perspektiv planına uyğun olaraq şəhər ərazisində subartezian quyularının qazılmasına və su anbarının tikintisinə başlanılıb. Çirkab suyun təmizlənməsi üçün də çirkab su kollektoru və təmizləyici qurğular kompleksinin tikintisi işləri planlaşdırılır", - deyə o bildirib.