Bu il Qanıx çayının sululuq səviyyəsi ötən ildən 2,5 dəfə çoxdur - Asif Verdiyev

Bu il Qanıx çayının sululuq səviyyəsi ötən ildən 2,5 dəfə çoxdur - Asif Verdiyev

7 İyun 2024, 17:22

Son 5 ayda Kür çayında orta statistik su sərfi 377 kubmetr olub. Keçən il bu rəqəm 279 kubmetr idi. Bu il keçən illə müqayisədə 35 faiz artıq su toplanıb. 

 

Bunu Suinfo.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya xidmətinin Hidrologiya mərkəzinin direkotur Asif Verdiyev söyləyib.

 

"Mingeçevir su anbarına tökülən Qanıx çayında isə bu il orta göstərici 149 kubmetr olub. Ötən il isə bu rəqəm 64,2 kubmetr idi. Yəni bu il Qanıx çayının sululuq səviyyəsi ötən ildən 2,5 dəfə artıqdır"- deyə o bildirib.
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et