Şəmkirçay su anbarında hazırda 114 milyon kubmetr su ehtiyatı toplanıb. Bu da keçən illə müqayisədə 83 milyon kubmetr artıqdır.
Bunu Suinfo.az-a açıqlamasında Meliorasiya və SU Təsərrüfatı ASC-nin baş məsləhətçisi Sarvan Ağayev söyləyib.
O bildirib ki, bu anbarın suyu ilə Şəmkir və Göygöl rayonlarının əkin sahələri suvarılır, o cümlədən Şəmkir, Gəncə şəhərlərinə içməli su verilir.