Xocavənddə magistral su kəməri təmir olunaraq istismara verilib - İdarə rəisi

Xocavənddə magistral su kəməri təmir olunaraq istismara verilib - İdarə rəisi

31 May 2024, 14:50

Xocavənd şəhərinin su təchizatı sisteminin təmin edilməsi yolunda aparılmış araşdırmalara əsasən şəhərin su mənbəyi Qaradağlı kəndi ərazisində çay məcrasında olan üfüqi su qəbuledici qurğu və iki ədəd subartezian quyusundan təmin olunub. 

 

Bunu Suinfo.az-a açıqlamasında Qarabağ Regional Sukanal İdarəsinin rəisi Müşfiq Adıgözəlov söyləyib.

 

O bildirib ki, şəhərdən 9 kilometr uzaqda olan su mənbəyindən şəhərə qədər uzanan 219 millimetrlik magistral su kəməri təftiş olunub, qəzalı hissələri təmir olunaraq istismara verilib.

"Xocavənd şəhəri ərazisində 3 ədəd su anbarları mövcuddur. Şəhər şəbəkəsi 3 zonaya bölünüb və hər birində su anbarı mövcuddur. Xoocavənd şəhəri halhazırda 24 saat su ilə təmin olunur. Xocavənd qəsəbəsi şəhərə birləşik olduğuna görə oranın şəbəkəsi ilə qidalanır. Qeydolunan əraziyə köç planlaşdırıldığına görə Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən qəsəbənin çirkab sularının axıdılması məqsədi ilə kollektor və su təmizləyici qurğunun tikintisi üçün planlama işləri gedir, topoqrafiya işləri aparılır", - deyə idarə rəisi əlavə edib. 
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et