İşğaldan azad edilmiş ərazilərdə KSES-lərin sayı yaxın illərdə 50-yə çatacaq - İlham Şaban

İşğaldan azad edilmiş ərazilərdə KSES-lərin sayı yaxın illərdə 50-yə çatacaq - İlham Şaban

27 May 2024, 12:16

“Xudafərin” və “Qız Qalası” hidroqovşağı kənd təsərrüfatı istiqamətli obyektlərdir.

 

Suinfo.az xəbər verir ki, bunu energetika məslələri üzrə ekspert İlham Şaban deyib.

 

O bildirib ki, Azərbaycan və İran tərəfi suvarma üçün bundan yararlanacaqlar.

 

"İstifadə olunacaq suyun enerjisindən rasional istifadə olunacaq. 280 MVt gücündə enerji almaq üçün turbinlərin quraşdırılması layihələndirilib. Nə istehsal olunacaqsa, iki ölkə arasında bölünəcək. Azərbaycana çatacaq 140 MVt 300 milyon kilovat/saat ildə dayanıqlı şəkildə elektrik enerjisi deməkdir. Bu da az rəqəm deyil.

 

COP29 başlayana qədər ümumi gücü təqribən 300 MVt-a qədər olan 32 Kiçik Su Elektrik Stansiyası işğaldan azad edilmiş ərazilərdə istismarda olacaq. Bunlardan 700 milyon kilovatdan çox elektrik enerjisi alınacaq.

 

“Xudafərin” və “Qız Qalası”ndan da enerji alınanda artıq bu rəqəm milyard kilovatt-saat edir. İşğaldan azad edilmiş ərazilərdə KSES-lərin sayı yaxın illərdə 50-yə çatacaq. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə "yaşıl" enerji potensialımız artacaq. Həmin ərazilər hesabına 2 milyard kilovatt-saat "yaşıl enerji"yə malik olacaq".

 

İqtisadçı Eyyub Kərimli bildirib ki, iki hidroqovşağın tikintisinin təkcə bölgənin deyil, həm də Azərbaycan və İranın regional iqtisadi inkişafına müsbət təsirləri olacaq.

 

"Bu, Şərqi Zəngəzur, Naxçıvan iqtisadi rayonlarının inkişafına, enerji mübadiləsinə müsbət təsir göstərəcək. Hidroqovşaqların istifadəyə verilməsinin bölgənin iqtisadi potensialının artmasına, kənd təsərrüfatının, sahibkarlıq fəaliyyətinin böyüməsinə mühüm təsirləri olacaq. Həmin ərazilərdə 252 min ha-ya yaxın əkinə yararlı torpaq var. Bu da həmin torpaqların suvarma sisteminin imkanlarını genişləndirəcək.

 

Bölgədə Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsinə müsbət təsir edəcək. Hidroqovşaqların olması Şərqi Zəngəzurun "yaşıl" enerji zonasına çevrilməsinə də təsir edəcək. Belə ki, deyilən rəqəmlərə əsasən, hidroqovşaqların fəaliyyəti 80 milyon kubmetr qazın yanmasına qənaət edəcək. Bu da ətraf mühitin qorunması və ölkəmizin hədəflədiyi "yaşıl" həyat strategiyasına uyğundur", - deyə o qeyd edib.

 

(Trend)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et