Azərbaycanda ən çox su verilən şəhərlər Bakı, Sumqayıt və Gəncədir.
Dövlət Su Ehtiyatları Agentliyindən Suinfo.az-a verilən məlumata görə, ən çox su ötürülən şəhərlər arasında Bakı birinci, Sumqayıt ikinci, Gəncə isə üçüncü yerdə qərarlaşır.
Bildirilir ki, 19 may tarixində Bakı şəhərinə saniyədə 11, 9 kubmetr, Sumqayıt şəhərinə 1 kubmetr, Gəncə şəhərinə isə 0,55 kubmetr su ötürülüb.