Relyefe uyğun olaraq Kəlbəcər şəhərində su anbarları İNŞA OLUNACAQ

Relyefe uyğun olaraq Kəlbəcər şəhərində su anbarları İNŞA OLUNACAQ

13 May 2024, 16:27

Kəlbəcər şəhərinin mövcud su təchizatı sistemi Ağbulaq su mənbəyi ilə təmin edilir. Buradan şəhərə qədər 219 millimetr polad magistral su kəməri istismar olunur. 

 

Bunu Suinfo.az-a açıqlamasında Qarabağ Regional Sukanal İdarəsinin rəisi Müşfiq Adıgözəlov söyləyib.

"Şəhər ərazisində 2 ədəd anbar sahəsi mövcuddur. Kəlbəcər şəhərində dövlət və digər qurumlarının hər biri 24 saat su ilə təmin olunur. Kəlbəcər şəhərinin perspektiv planına uyğun olaraq Ağbulaq su mənbəyindən şəhərə qədər 21 kilometr magistral su kəmərinin tikinti işləri hazırda davam etdirilir. Şəhər şəbəkəsi, su və kanalizasiya sistemi yenidən qurulur. Relyefe uyğun olaraq Kəlbəcər şəhərində su anbarları inşa olunacaq", - deyə o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et