Lənkəran-Astara bölgəsi çaylarında sululuq normadan AZDIR

Lənkəran-Astara bölgəsi çaylarında sululuq normadan AZDIR

Müsahibə

26 Aprel 2024, 16:41

Hazırda həm yerli çaylarda həm də Tranzit çaylarda sululuq ötən  il ilə müqayisədə çoxdur.

 

Bunu Suinfo.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev söyləyib.

 

O bildirib ki, ay ərzində Böyük və Kiçik Qafqazın çaylarında sululuq normaya yaxın və bir qədər çox,  Lənkəran-Astara bölgəsi çaylarında normadan azdır.

 

"Hazırda çaylarda gursululuq dövrü müşahidə olunur. Aprel ayında ölkə ərazisinə yağan yağıntılarla əlaqədar eyni zamanda  havanın temperaturunun artması və dağlıq ərazilərdə qarın əriməsi nəticəsində respublikanın daxili çaylarında o cümlədən Tranzit çaylarda sululuğun artımı müşahidə olunmuşdur. Ay ərzində Böyük və Kiçik Qafqazın çaylarında sululuq normaya yaxın və bir qədər çox,  Lənkəran-Astara bölgəsi çaylarında normadan azdır. Tranzit çaylarda isə normaya yaxın və bir qədər azdır", - deyə direktor əlavə edib. 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et