Xocalıda təmir olunan evlərin hər biri 24 saat su ilə təmin olunur - Müşfiq Adıgözəlov

Xocalıda təmir olunan evlərin hər biri 24 saat su ilə təmin olunur - Müşfiq Adıgözəlov

Müsahibə

3 Aprel 2024, 15:25

Xocalı şəhərinin içməli su ilə təmin olunması istiqamətində bir ədəd subartezian quyusu qazılıb. 

 

Bunu Suinfo.az-a açıqlamasında Qarabağ Regional Sukanal İdarəsinin rəisi Müşfiq Adıgözəlov söyləyib.

 

O bildirib ki, Xocalıda təmir olunan evlərin hər biri 24 saat su ilə təmin olunur.

 

"Halhazırda subartezian quyusundan su anbarına qədər olan magistral su kəmərinin inşa işləri davam etdirilir. Badara çayı üzərində quraşdırılmış mövcud suqəbuledici qurğudan şəhər istiqamətində 2700 metr məsafədə magistral su kəmərinin tikinti işləri görülür. Ümumi şəhər şəbəkəsi Bakı Abadlıq Xidməti tərəfindən yenidən qurulur. Bildirmək istəyirəm ki, halhazırda yekunlaşan iş yoxdur. Sadəcə işlər davam etdirilir. Mövcud subartezian quyusu istismar olunur, mövcud şəbəkə ilə Xocalıda təmir olunan evlərin hər biri 24 saat su ilə təmin olunur",- deyə idarə rəisi əlavə edib.

 

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et