Su qıtlığı ondan istifadə ilə bağlıdır

Su qıtlığı ondan istifadə ilə bağlıdır

Müsahibə

12 Mart 2024, 15:50

Azərbaycanda su qıtlığı suyun həcmi ilə deyil, ondan istifadə ilə bağlıdır.

 

Suinfo.az xəbər verir ki, bunuİsrailin Milli Su Qurumu - “Mekorot” şirkətinin beynəlxalq əlaqələr şöbəsinin direktoru Dieqo Berqer bildirib.

 

"Azərbaycanda sudan istifadə mədəniyyəti dəyişməlidir. 2 ildir ki, bu ölkədə çalışırıq. Samur və Kür çayının suyu təbii yolla Xəzər dənizinə gedirsə, deməli, su var. Sadəcə regionlar üzrə su qıtlığı problemini araşdırmaq, konkret problemin olduğu nöqtəyə fokuslanmaq lazımdır. Sudan istədiyimiz qədər yox, lazım olan həcmdə istifadə etməliyik", - deyə o qeyd edib.

 

"Ötən həftə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə su itkilərini azaltmaq üçün kanallardan borulara keçməyi təklif etmişik. Bundan əlavə, təkliflərimiz arasında içməli suda olan kvotalaşdırmanı kənd təsərrüfatında da tətbiq etmək planı var. Selləmə əvəzinə effektiv suvarma da layihədə yer alıb. Həmçinin Abşeron yarımadasında çirkab sularının təmizləndikdən sonra yenidən istifadə edilməsi də təklif planımızda var. Yeraltı su ehtiyatları yenidən yoxlanılmalıdır. Azərbaycanda sonuncu dəfə 1970-ci illərdə yeraltı su ehtiyatlarının monitorinqi aparılıb", - deyə ekspert əlavə edib.

(Report)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et