Hansı halda vətəndaşların su təchizatı kəsilir?

Hansı halda vətəndaşların su təchizatı kəsilir?

28 Fevral 2024, 18:00

Biz abonentlərə şərait yaradırıq ki, borclarını hissə-hissə ödəsinlər. 

 

Suinfo.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı söyləyib.

 

O bildirib ki, yalnız borcu olub, ödəmək istəməyən vətəndaşların su təchizatı kəsilir.

"Onlar rayon su kanalizasiya idarəsinə müraciət edirlər, razılaşma protokolu imzalayırlar. Bu, bəzən 12, bəzən isə məbləğ çox olanda 18 aya qədər vaxt veririk ki, vətəndaşlar borclarını aylar üzərində bərabər şəkildə ödəsinlər. Yəni kiminsə borcu varsa, ona görə su təchizatı birbaşa dayandırılmır. Ola bilərki həmin vətəndaş borcunu ödəmək istəməsin, o zaman su təchizatın dayandırırıq ki, gəlib borcunu ödəsin. Vətəndaş bizdən xəbərsiz müraciət edib, borcunu ödəmək istəyirsə, ona şərait yaradılır",- deyə o əlavə edib.

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et