Vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığının, şəffaflığının artırılması məqsədi ilə agentlik tərəfindən 2020-ci ilin sentyabrından elektron su portalı istifadəyə verilib. Bu portal agentliyin göstərdiyi xidmətləri özündə birləşdirir, vətəndaş-məmur ünsiyyətini minimuma endirir.
Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Hikmət Qəhrəmanov söyləyib.
"Portalda giriş ASAN login üzərindən həyata keçirilir. Elektron su portalında 12 elektron xidmət, 2 elektron arayış, 1 adda məlumat xarakterli xidmət və su kalkulyatoru xidməti təqdim edilir. Biz artıq bu sistem üzərində təkmilləşdirmə işləri aparılır. Yəni 19 elektron xidmətin hamsının bu portala inteqrasiyası üzərində işlər aparılır. Portalda elektron xidmətlərlə yanaşı abonentin borc, satış və ödəniş məlumatlarının əldə edilməsi və su təchizatı və tullantı sularının arıtması xidmətlərindən istifadəyə görə formalaşdırılmış bildirişlər, agentliyə ünvanlanmış müraciətlər və icra vəxiyyətlərinin izlənilməsi, həmçinin, abonent ödənişləri barədə məlumatların əldə edilməsi mümkündür", - deyə o əlavə edib.