Xaçınçay su anbarında görülən əsas işlərdən biri şaxtavari qəza stullayıcı qurğusunun yenidən qurulmasıdır. İşğal dövründə bu qurğunun betonu aşınmışdı. Hətta buradan daşqın keçsəydi, o qurğunu yuyub aparacaqdı.
Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu publik hüququ şəxsinin idarə heyətinin sədr müavini Adil Qafarlı söyləyib.
"Suqovuşan su anbarı Sərsəng su anbarından 18 kilometr aşağıda yerləşir. Bu su anbarı suyun tənzimlənməsi rolunu oynayır. Biz torpaqlarımız azad olduqdan sonra həmin əraziyə baxdıqda gördük ki, bu su qovşağı bərbad vəziyyətdədir. Su anbarının ümumi həcmi 5,8 milyon kubmetr, faydalı həcmi isə 5,2 milyon kubmetrdir. Bəndin hündürlüyü isə 28 metrdir. Biz ilk olaraq 5,2 kilometr uzunluğunda olan magistral kanalı təmir etdik. Suqovuşan su anbarının tam hazır vəziyyətə gəlməsi üçün bəndin beton üzlüyü yeniləndi. Çünkü məhz bəndin təhlükəsizliyinə təmin edən həmin o beton üzlükdür"
"Xaçınçay və Köndələçayda olan işlərimiz ötən ilin noyabrında yekunlaşıb. Xaçınçay su anbarının ümumi həcmi 23 milyon kubmetrdir. Oradakı bəndin hündürlüyü 44 metrdir. Su anbarında görülən əsas işlərdən biri şaxtavari qəza stullayıcı qurğusunun yenidən qurulmasıdır. İşğal dövründə bu qurğunun betonu aşınmışdı. Hətta buradan daşqın keçsəydi, o qurğunu yuyub aparacaqdı. Bildirmək istəyirəm ki, həmin ərazidə olan 6,5 kilometr uzunluğunda olan magistral kanal da təmir olundu", - deyə o əlavə edib.