Qarabağ və Şərqi Zəngəzurda 240 kilometrdən çox su xətti çəkilib - Ceyhun Məmmədov

Qarabağ və Şərqi Zəngəzurda 240 kilometrdən çox su xətti çəkilib - Ceyhun Məmmədov

Müsahibə

2 Avqust 2024, 17:37

2021-ci ildən indiyə qədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda 240 kilometrdən çox su xətti çəkilib.

 

Bunu Suinfo.az-a açıqlamasında  Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin müdriyyəti publik hüquqi şəxsinin idarə heyəyinin sədr müavinin Ceyhun Məmmədov.

 

"Bildirmək istəyirəm ki, 10 kilometr çox magistral su xətti çəkilib, bir neçə su anbarı inşa olunub. Hərbi hissələrin və strateji obyektlərin su təminatı ilə bağlı xüsusi yanaşma olub. Ən yüksək nöqtədə yerləşən hərbi obyektlərə belə orada olan bulaqlardan istifadə edərək su xətti çəkilib. 2024-cü ilin köç planında 26 yaşayış məntəqəsinə köç planlaşıdırılır. Həmin o yaşayış məntəqələrində agentlik əməkdaşları tərəfindən işlər görülür. Su mənbələrin araşdırılması, su anbarlarının tikilməsi, magistral su xəttinin çəkilməsi, şəbəkələrin qurulması ilə bağlı işlər aparılır. Mələsən halhazırda Şuşa şəhəri iki su mənbəsindən qidalanır. Bunlar Kiş və Zar su mənbələridir. Biz birinci oraya gedərək həmin mənbələri bərpa etdik. Orada Zar çayının üzərində 25 min kubmetrlik su anbarı inşa olundu. Sovet vaxtı Kiş su mənbəyindən Şuşa şəhərinə gələn magistral su kəmərinin 9 kilometrlik hissəi yenidən quruldu", - deyə o bildirib.
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et