Ölkə çaylarının illik axını nə qədərdir? - Sədr müavini AÇIQLADI

Ölkə çaylarının illik axını nə qədərdir? - Sədr müavini AÇIQLADI

Müsahibə

2 Avqust 2024, 13:11

Tərtərçayın illik su axını 600-650 milyon kubmetr, Xaçınçayın 65 milyon kubmetr, Qarqarçayın 100 milyon kubmetr, Köndələn çayın 35-40 milyon kubmetrdir.
 

Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu publik hüququ şəxsinin idarə heyətinin sədr müavini Adil Qafarlı söyləyib.

 

"Zabux çayının illik 150 milyon kubmetr, Həkəri çayının 250 milyon kubmetrdir. Bərgüşad çayı isə biz iki metodla qiymətləndirmişik. Əgər Ermənistan tərəfdən gələn su təbii halda, gələrsə, 600 milyon kubmetr illik axın mövcuddur.  Bizim öz hesablamamızla gələcək sudan istifadə etmək üçün onu 450 milyon qiymətləndirmişik. Oxçuçayın suyu çirkləndirilib. Yəni bir növ çirklənmiş çaydır. Ancaq Oxçuçay bir yerdə Araz çayına tökülür və müəyyən mənada təmizlənir. Elə vaxt olur ki, oradakı zavo, fabriklər öz çirkab sularını Oxçuçaya axıdırlar. Bununla da çayda olan canlılar ölür, flora və fauna məhv olur", - deyə  .
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et