Ölkənin yeraltı suların istismar ehtiyyatı 9 milyard kubmetrdir - Sədr müavini

Ölkənin yeraltı suların istismar ehtiyyatı 9 milyard kubmetrdir - Sədr müavini

Müsahibə

1 Avqust 2024, 14:06

Azərbaycan Respublikasının istifadəyə yararlı yeraltı sularının istismar ehtiyyatı 9 milyard kubmetrə yaxındır. 

 

Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu publik hüququ şəxsinin idarə heyətinin sədr müavini Adil Qafarlı söyləyib.

 

"İşğaldan azad olunmuş ərazilərdə, xüsusilə, Cəbrayıl rayonunda illik yeraltı suların istismar ehtiyyatı illik 34 milyon, Füzulidə 20 milyon, Ağdamda 68 milyon və Hadrutda isə 5 milyon təşkil edir. Bu yeraltı sular ancaq içməli su kimi istifadə etməyə yararlıdır. Ağdam rayonu üzrə qeydolunan su ehtiyatı ilə 262 min nəfəri su ilə təchiz etmək olar. Ortalama bu rayonlar üzrə olan su ehtiyatları ilə 1 milyon 800 min nəfərin su ilə təmin olunması real görünür", - deyə o əlavə edib. 
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et