“Azərsu” ASC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Suinfo.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.
Qalib şirkətə 18 880 manat ödəniləcək.