5 iyun ölkənin su təsərrüfatı və meliorasiya işçiləri üçün olduqca əlamətdar gündür. Çünki bu gün su təsərrüfatı və meliorasiya işçiləri günü kimi qeyd edilir.
Suinfo.az xəbər verir ki, Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə iyunun 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib.