Su ehtiyatlarımızın 25-30 %-i Qarabağ ərazisindədir

Su ehtiyatlarımızın 25-30 %-i Qarabağ ərazisindədir

Faydalı

12 Mart 2024, 13:56

Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 25-30 %-i Qarabağ ərazisindədir.

 

Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

 

Əsəd Şirinov qeyd edib ki, işğal dövründə hidrotexniki qurğular vandallığa məruz qalıb.

 

"İndi onları bir-bir təmir edirik. Ağdamdakı Xaçınçay, Tərtərdəki Suqovuşan və Füzulidəki Köndələnçay su anbarlarının təmir-bərpa işləri tamamlanıb. Növbəti dövrdə Ağdərədəki Sərsəng su anbarının təmir-bərpa işlərinə başlanacaq. Bundan əlavə 4 fərqli layihələrimiz var", - o əlavə edib.

 

Müşavirin sözlərinə görə, Qarabağdakı bol sulu çayların sularını istifadə edərək yeni su anbarları inşa ediləcək: "Beləliklə Qarabağ suyunun həm onun ərazisində, həm də Aran zonasında istifadəsinə nail olacağıq".

 

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et