Fransada içməli suda xərçəngyaradan maddə aşkarlandı - Hökümətə qarşı məhkəmə iddiası qaldırıldı

Fransada içməli suda xərçəngyaradan maddə aşkarlandı - Hökümətə qarşı məhkəmə iddiası qaldırıldı

Faydalı

28 Oktyabr 2025, 15:28

Fransada iki ekoloji assosiasiya – Sart Vətəndaş Komitəsi (Le Comité citoyen de la Sarthe) və Fransa Sart təbii ətraf mühit (France Nature Environnement Sarthe) hökumətə qarşı inzibati məhkəmədə iddia qaldırıb. Onlar içməli suyun xərçəngyaradan maddə – vinil xlorid monomeri (CVM) ilə çirklənməsinin qarşısının alınması üçün dövlətin ciddi tədbirlər görməsini tələb edirlər.

Suinfo.az xəbər verir ki, ekoloji təşkilatlar bu qazın PVC borularından sızdığını və həmin borulardan 1960–1980-ci illər arasında Fransanın su təchizatı şəbəkələrində geniş istifadə olunduğunu bildirirlər.

Assosiasiyaların vəkili Qabriel Gien ICI radiosuna müsahibəsində bildirib ki, bu iddia Fransada bir ilkdir və məqsəd dövləti daha konkret və effektiv qaydalar qəbul etməyə məcbur etməkdir. “Son qiymətləndirmələrə görə, Fransada CVM çirklənməsi ilə əlaqədar bir neçə yüz min kilometr su kəməri var. Təəssüf ki, bu məsələ getdikcə daha çox məhkəmə işlərinə səbəb olacaq”,-deyə vəkil əlavə edib.

Avropa İttifaqının direktivinə əsasən, içməli suda CVM səviyyəsi 0,5 mikroqram/litr-dən çox olmamalıdır. Lakin vəkilin sözlərinə görə, 25 ildən çox müddət keçməsinə baxmayaraq, Fransa hələ də çirklənmiş boru xətlərini dəqiq müəyyənləşdirə bilmir.

“Əgər dövlət 2000-ci illərin əvvəllərində lazımi qaydaları tətbiq etsəydi, yerli idarələr vaxtında tədbir görsəydi bu günkü kimi fövqəladə vəziyyətlə üzləşməzdi”,-deyə vəkil Q. Gien vurğulayıb.

Vəkil həmçinin bildirir ki, insanlar risklər, eləcə də təhlükəsizlik tədbirləri barədə real məlumat almalıdırlar.

Bu məsələ xüsusilə Sart bölgəsində gündəmə gəlib, lakin ekspertlər hesab edirlər ki, problem ölkə miqyasında yayılıb. Bir çox kənd və kiçik şəhərlərdə 50 ildən çoxdur dəyişdirilməmiş köhnə PVC borular hələ də istifadə olunur.

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et