Qarabağda su təsərrüfatına 44.3 mln. manat xərclənib

Qarabağda su təsərrüfatına 44.3 mln. manat xərclənib

Faydalı

22 Oktyabr 2025, 15:14

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su təsərrüfatı infrastrukturunun qurulmasına xərclənən vəsaitin həcmi açıqlanıb.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, 9 ayda azad edilmiş ərazilərdə su xətləri, kollektorlar və qurğuların çəkilməsinə dövlət büdcəsindən 44,3 milyon manat vəsait xərclənib.

Qeyd edək ki, cari ilin dövlət büdcəsinin 9 aylıq icrasına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə dövlət büdcəsinin xərcləri 2 milyard 567,5 milyon manat təşkil edib.

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et