Şuşaya şəhərinə mineral su ehtiyatları gətirilir

Şuşaya şəhərinə mineral su ehtiyatları gətirilir

Faydalı

23 Sentyabr 2025, 13:18

Şuşanın Baş planında investorların daşınmaz əmlak layihələri həyata keçirə biləcəyi ərazilər müəyyən edilib.

Suinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildirib

Onun sözlərinə görə, hazırda beynəlxalq məsləhətçilərlə birlikdə investorlar üçün texniki-iqtisadi əsaslandırmalar hazırlanır: "Paralel olaraq qonaqpərvərlik xidmətləri də yüksəldilir və məqsədimiz Şuşaya nüfuzlu beynəlxalq otel brendlərini cəlb etməkdir".

A. Kərimov əlavə edib ki, dövlət proqramı çərçivəsində zəruri səhiyyə infrastrukturunun yaradılması da davam edir: "Artıq Şuşa Sağlamlıq Mərkəzi istifadəyə verilib. Burada sanatoriya-reabilitasiya xidmətləri, əməliyyat sonrası bərpa, xüsusi tibbi xidmətlər və bioloji testlərin aparılması üçün imkanlar mövcuddur. Şuşaya yaxın ərazidəki mineral su ehtiyatlarının şəhərə gətirilməsi üzərində də işlər aparılır".

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et