Ağalı kəndinin suvarma sistemi yaxşılaşdırılır

Ağalı kəndinin suvarma sistemi yaxşılaşdırılır

Faydalı

5 İyun 2025, 10:56

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıq işləri mərhələli şəkildə davam etdirilməkdədir. Həmin ərazilər üzrə infrastruktur şəbəkəsi yenilənir, tarixi abidələr bərpa olunur, bir sözlə Qarabağ və Şərqi Zəngəzur regionu dirçəldilir.

Suinfo.az-ın məlumatına görə, bu işlərin davamı kimi Zəngilan rayonunun Ağalı kəndində pilot layihə çərçivəsində 110 ha ərazidə daxili suvarma sistemi çəkiləcək.

Belə ki, bununla bağlı ilkin olaraq layihə-smeta sənədləri hazırlanacaq.

Hazırda “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) sözügedən əraziyə suvarma sisteminin çəkilməsi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkəti müəyyənləşdirməkdədir.

Qeyd olunan işlər üzrə sənədlərin hazırlanmasının 41,8 min manata başa gələcəyi proqonozlaşdırılır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et