Bu gün dünyanın unikal su təchizatı qurğularından sayılan, dövrünün ən uzun su kəməri olan Şollar-Bakı kəmərinin istifadəyə verilməsindən 107 il keçir.
Suinfo.az xəbər verir ki, Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi tanınmış ingilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında 1911-1917-ci illərdə inşa edilib. 1917-ci il fevral ayının 20-də kəmərin təntənəli açılış mərasimi keçirilib.
XX əsrin əvvəllərində ağır iqtisadi və sosial vəziyyət, gərgin və ziddiyyətli siyasi proseslər şəraitində inşa edilmiş kəmərin tarixinə “100 ilin təntənəsi” filmi ilə ekskursiya edək.