Yasamalda içməli su xəttində QƏZA

Yasamalda içməli su xəttində QƏZA

Faydalı

6 May 2025, 11:46

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.

Bu barədə Suinfo.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib.

Məlumata görə, hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidə təmir-bərpa işləri həyata keçirir. İşlərin gün ərzində başa çatdırılması planlaşdırılır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et