Əkin sahələrinin suvarılmasında problem olmayacaq

Əkin sahələrinin suvarılmasında problem olmayacaq

Faydalı

23 Aprel 2025, 14:25

“Hazırda anbarlarda toplanan su ehtiyatlarına əsasən deyə bilərik ki, bu il əkin sahələrinin suvarılmasında problem olmayacaq”.

Suinfo.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.

Rafiq Aslanovun sözlərinə görə, hazırda anbarlarda 18 milyard 760 milyon kubmetr su ehtiyatı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 576 milyon kubmetr çoxdur.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et