Azad edilmiş ərazilərdə su anbarları yenidən qurulacaq

Azad edilmiş ərazilərdə su anbarları yenidən qurulacaq

Faydalı

23 Aprel 2025, 13:00

“Tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının, eləcə də Ağdam, Ağdərə, Kəlbəcər və digər azad edilmiş ərazilərdə su anbarlarının yenidən qurulması üçün layihə smeta sənədləri hazırlanıb. Onların tikintisinə başlanacaq”.

Suinfo.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.

O bildirib ki, İranla birlikdə Araz çayı üzərində Xudafərin və Qız Qalası su anbarları inşa edilib: “Sudan qənaətlə və səmərəli istifadə də çox vacibdir. Əhalinin su təminatında problemlərinin qarşısının alınması üçün görülmüş kompleks tədbirlər nəticəsində respublikada su anbarlarında 2024-cü ildə 4,3 milyard artıq su toplanıb. 1 milyon 431 min hektar kənd təsərrüfatı təyinatlı torpaqlar suvarma suyu ilə təmin edilib. Hazırda anbarlarda toplanan su ehtiyatlarına əsasən deyə bilərik ki, əkin sahələrinin suvarılmasında problem olmayacaq. Türyançay su anbarının layihə smeta sənədləri hazırlanıb. Su Komissiyası tərəfindən bu məsələlər aydınlaşdırılır. Qərar qəbul olunduğu halda Türyançay su anbarının tikintisi həyata keçiriləcək”.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et