Mineral sular üzü gözəlləşdiri

Mineral sular üzü gözəlləşdiri

Faydalı

4 Yanvar 2025, 15:50

Bəzi qidaların hüceyrələri yenilədiyi və qocalmanı əhəmiyyətli dərəcədə gecikdirdiyi elmi cəhətdən sübut olunub.

 

Bu ərzaqları müntəzəm istifadə etdikdə daha gənc və sağlam görünmək mümkündür.

 

Kələm növləri

 

Bədənin toksiki maddələrdən təmizlənməsi üçün detoksifikasiya enzimlərini fəallaşdıran brüksel kələmi, brokoli, ağ və qızrmızı kələm, kahı, gül kələmi hüceyrə yenilənməsində əhəmiyyətli paya malikdir.

 

Yağlı toxumlar

 

Qoz, fındıq, fıstıq, kaju, badam və s. içərisindəki çoxlu miqdarda doymamış yağ turşuları və E vitamini sayəsində dərinizə gənclik və gözəllik bəxş edəcək.

 

Mineral su

 

Sadə minerallı su dərinizin ehtiyacı olan ən vacib içkidir. Lakin qazlı, şirin sulardan bacardıqca uzaq gəzməlisiniz.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et