Bakı şəhəri, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq
Suinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
"Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar yanvarın 3-ü saat 22:00-dan yanvarın 4-ü 11:00-a qədər Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq", - deyə məlumatda qeyd olunub.