10 kənddə su təchizatı və kanalizasiya sistemləri YARADILIR

10 kənddə su təchizatı və kanalizasiya sistemləri YARADILIR

Faydalı

5 Dekabr 2024, 12:03

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 10 kənddə su təchizatı və kanalizasiya sistemləri yaradılır.

Suinfo.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, layihə rayonun Kültəpə, Kərimbəyli, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfalı Dizə, Sirab, Yarımca, Hacıvar və Badaşqan kəndlərini əhatə edəcək. Hazırda tikinti işlərinin texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanır.

İşlər çərçivəsində təxminən 803 ha ərazidə mühəndis axtarış işləri (geodeziya, topoqrafiya, mühəndis-geoloji işlər və hesabatın hazırlanması) aparılacaq. Su mənbəyi araşdırılacaq və su nümunələri analiz ediləcək.

Bundan başqa, təxminən 4 129 ev üçün mövcud normativ və standardların tələblərinə uyğun su və kanalizasiya sistemlərinin layihə-smeta sənədləri hazırlanacaq.

Layihəni icrası zamanı onun ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hesabatı da tərtib olunacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et