Naxçıvanın daha 10 kəndində su təhcizatı sistemləri yaradılacaq

Naxçıvanın daha 10 kəndində su təhcizatı sistemləri yaradılacaq

Faydalı

17 Sentyabr 2024, 17:40

Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrasına hazırlıq görülür.

Suinfo.az xəbər verir ki, bununla bağlı  Muxtar  Respublıikanın Dövlət Su Ehtiyatları Agentliyi satınalma işlərinə başlayıb.

Layihələrə əsasən Babək rayonunun Kültəpə, Kərimbəyli, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfalı Dizə, Sirab, Yarımca, Hacıvar və Badaşqan kəndlərinin içməli su təchizatı  və kanalizasiya sistemləri inşa ediləcək.

Bununla bağlı su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanacaq.

Layihələrin icrasına tələb olunan vəsait 222 min manat qiymətləndirilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et