Naxçıvanın 12 kəndində su təhcizatı sistemləri yaradılacaq

Naxçıvanın 12 kəndində su təhcizatı sistemləri yaradılacaq

Faydalı

17 Sentyabr 2024, 16:38

Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrasına hazırlıq görülür.

Suinfo.az xəbər verir ki, bununla bağlı  Muxtar  Respublıikanın Dövlət Su Ehtiyatları Agentliyi satınalma işlərinə başlayıb.

Layihələrə əsasən Culfa rayonunun Ərəzin, Bənəniyar, Əbrəqunus, Xanəgah, Göydərə, Saltaq, Camaldın, Əlincə, Xoşkeşin, Dizə, Kırna, Qızılca kəndlərinin içməli su təchizatı  və kanalizasiya sistemləri inşa ediləcək.

Bununla bağlı su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanacaq.

Layihələrin icrasına tələb olunan vəsait 193 min manat qiymətləndirilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et