Gəncədə su təchizatı sistemi yenilənir

Gəncədə su təchizatı sistemi yenilənir

Faydalı

14 Sentyabr 2024, 11:16

Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası davam edir.

Suinfo.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən şəhərin əksər küçə və prospektlərində köhnə su boruları yeniləri ilə əvəzlənir. Su təchizatı ilə paralel olaraq kanalizasiya sistemi üzrə də bu işlər həyata keçirilir.

Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev açıqlamasında qeyd edir ki, şəhərdə 2024-cü il ərzində 12.000 metr içməli su, 10.000 metr kanalizasiya xətti çəkilib: “Həmçinin 1500 ədəd su sayğacının quraşdırılması nəzərdə tutulub. Hazırda işlər yekunlaşmaq üzrədir. 47 faiz su xətti, 44 faiz kanalizasiya xətti çəkilib. Gəncə şəhərinin 71.500 abonentinin 40.000-i dayanıqlı içməli su ilə təmin olunur”.

Gəncə şəhərinin su təchizatı 3 mənbədən - Göygöl-Gəncə, Şəmkir-Gəncə magistral su xətləri və 97 ədəd subartezian quyuları vasitəsi ilə reallaşdırılır. Su şəbəkəyə ümumi tutumu 41530 kubmetr olan 9 ədəd mərkəzi və 18 ədəd məhəllədaxili su anbarları vasitəsilə verilir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et