Goranboya sel gəlib.
Suinfo.az xəbər verir ki, gecə saatlarından yağmağa başlayan yağış nəticəsində rayonun Nizami, Dəyirmanlar, Azad kəndləri ərazisində əkin sahələrini sel suları basıb.
Həmçinin, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsi sel sularının altında qalıb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bundan başqa rayonun kənd yollarını da sel basıb.
Dərhal əraziyə rayon icra hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının üzviləri kəndlərə ezam olublar. Goranboy RİH-nin başçısının birinci müavini Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov bildirib ki, sel sularının evlərə dolmasın qarşısını almaq üçün ərazilərə texnikalar cəlb olunub.
Samuxda da güclü yağışdan sonra gələn sel suları fəsadlar törədib. Rayonun Eldar, Burunqovağ və bir neçə kəndlərində sel suları evlərə dolub. Həmçinin, əkin sahələri də sel sularının altında qalıb. Hazırda Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları sözü gedən ərazilərə ezam olublar.
(APA)