Qubada sel körpünü UÇURDU, altı kəndin rayon mərkəzi ilə əlaqəsi KƏSİLDİ

Qubada sel körpünü UÇURDU, altı kəndin rayon mərkəzi ilə əlaqəsi KƏSİLDİ

Ekologiya

29 İyul 2024, 09:45

Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

 

Suinfo.az xəbər verir ki, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.

 

Məlumata görə, iyulun 28-dən başlayaraq yagan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.

 

Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

 

Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.

 

(Report)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et