Gəncədə tunelə dolan su çəkilib, avtomobillərin hərəkəti təmin edilib - YENİLƏNİB

Gəncədə tunelə dolan su çəkilib, avtomobillərin hərəkəti təmin edilib - YENİLƏNİB

Ekologiya

29 İyul 2024, 09:15

İntensiv yağan yağışlarla əlaqədar Gəncə şəhərinin Nizami küçəsində yerləşən tunelin subasmaya məruz qalması və avtomobillərin yolda hərəkəti üçün çətinlik yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

Suinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

 

Məlumat əsasında əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.

 

***

Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

 

Suinfo.az xəbər verir ki, buna magistral yolunun Gəncə şəhərinin Şərq çıxışında, körpünün altından keçən hissənə yağış sularının dolması səbəb olub, hətta nəqliyyat vasitələrindən biri suyun əhatəsində qalıb.

 

Sürücülər alternativ yoldan istifadə etməklə yollarına davam edirlər.

 

Qeyd edək ki, bölgədə günlərdir yağışlı hava şəraiti müşahidə olunur.

 

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et