Ağsuçay məcrasında ÇIXDI - Kəndlə ƏLAQƏ KƏSİLDİ

Ağsuçay məcrasında ÇIXDI - Kəndlə ƏLAQƏ KƏSİLDİ

27 İyun 2024, 12:54

Bir neçə gündür aramsız yağan yağışlar nəticəsində çaylardan sel keçir.

 

Suinfo.az xəbər verir ki, belə çaylardan biri də Ağsu rayonu ərazisindən keçən eyniadlı çaydır. Aramsız yağan leysan yağışlardan sonra dağlardan gələn sel suları Ağsuçayda suyun səviyyəsini artırıb.

 

Nəticədə Ağsuçay Arat-Curuxlu kəndinin ərazisində məcrasından çıxıb, kəndə gedən avtomobil yolu keçilməz olub. Əkin sahələri su altında qalıb, Maşadqanlı kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib.

 

Əraziyə ağır texika və canlı qüvvə cəlb edilib, yolun açılması istiqamətində iş görülür.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et