Lənkərançay və Viləşçayın səviyyəsi artıb - Hidrometeorologiya Xidməti

Lənkərançay və Viləşçayın səviyyəsi artıb - Hidrometeorologiya Xidməti

27 İyun 2024, 10:10

Çaylarda faktiki vəziyyət açıqlanıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Vurğulanıb ki, iyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran -Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb. Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Oğuz rayonu ərazisindən axan Əyriçaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et